«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 93% artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-dekabr aylarında şirkətin birja dövriyyəsi 1 milyard 132 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 545,7 milyon manat və ya 93% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi 4,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 205,8 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 66,8 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 851,4 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 3,1 milyon manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 95,2% (100,4 milyon manat), korporativ istiqrazları üzrə dövriyyəsi 5,2 dəfə (54 milyon manat), səhm əməliyyatları 86,5% (1,4 milyon manat), repo əməliyyatlarının dövriyyəsi 82,5% (385 milyon manat) artıb.
Son bir il ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı illik müqayisədə 1 651 ədəd və ya 58,5% artaraq 4 475-ə yüksəlib.