Bakı Fond Birjası (BFB) 2023-cü ilin yanvar-mart ayları üzrə Azərbaycanın qiymətli kağızlar bazarı üzrə göstəriciləri və investisiya şirkətlərinin dövriyyəsini açıqlayıb.
«İnvest-AZ İnvestisiya Şirkəti» sürətlə böyüyür - GƏLİRLƏRİ VƏ MƏNFƏƏTİ ARTIB
FED.az xəbər verir ki, bu dövrdə ölkənin aparıcı investisiya şirkətlərindən olan "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin dövriyyəsi 110 milyon manata yaxınlaşıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artım deməkdir.
Birjanın məlumatlarına görə, 2023-cü ilin ilk 3 ayında "İnvest-Az”ın dövlət istiqrazları ilə əməliyyatlarının həcmi 11 milyon 050 min manat, korporativ istiqrazlarla əməliyyatları 1 milyon 943 min manat, səhmlərlə əməliyyatları 198,2 min manat, repo əməliyyatlarının həcmi 96 milyon 396 min manat təşkil edib.
Nəticədə şirkətin ümumi əməliyyat həcmi 109 milyon 589 min manat təşkil edib.
Xatırladaq ki, 2022-ci ilin yanvar-mart aylarında şirkətin cəmi əməliyyatlarının həcmi 34 milyon 166 min manat olmuşdu.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür