23 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Birjadan Bank "BTB"nin istiqrazları barədə - QƏRAR
FED.az xəbər verir ki, sözügedən istiqrazlar faizli, təminatsız, sənədsiz və adlı formada buraxılıb. Ticarət birqiymətli hərrac üsulu ilə kütləvi formada aparılacaq. Ümumilikdə 1,000 ədəd istiqraz buraxılır və ilkin ticarət qiyməti 1,000 manat olaraq müəyyən edilib. İstiqrazların buraxılış həcmi ümumilikdə 1 milyon manat təşkil edir.
Ən əsası, illik gəlirlilik faizi 18% səviyyəsindədir və istiqrazlar üzrə ödənişlər, ilk istiqrazın yerləşdirildiyi tarixdən başlayaraq, ildə 360 gün əsas götürülməklə hər 30 gündən bir həyata keçiriləcək. İstiqrazların tədavül müddəti 2 il olaraq müəyyən edilib.
Qeyd edək ki, ticarətə buraxılma tarixi emitent tərəfindən əlavə olaraq açıqlanacaq. İstiqrazların anderrayteri “Capital Partners İ.Ş.” QSC-dir.
Bu addım yerli maliyyə bazarının dərinləşməsi və investisiya imkanlarının genişlənməsi baxımından əhəmiyyətli hesab olunur.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.