21 aprel 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə Bank "BTB" ASC-nin 3 milyon manatlıq istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
FED.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası məlumat yayıb.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: Bank "BTB" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2005009447
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı subordinasiya istiqrazları
Ticarət üsulu/forması: Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı: 3 000 ədəd
İlkin ticarət qiyməti: 1000 manat
İstiqrazların buraxılış həcmi: 3 000 000 manat
İllik gəlirlilik faizi: 14%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir.
Tədavül müddəti: 7 il
Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək
Anderrayter: “Assist Finance İ.Ş.” ASC