«İnvest.Az İnvestisiya Şirkəti»nin dövriyyəsi 8% artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar ayı ərzində şirkətin birja dövriyyəsi 89,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 6,5 milyon manat və ya 7,7% artıb.
Bu dövrdə QSC-nin ARMB qiymətli kağızlar üzrə dövriyyəsi olmayıb, dövlət istiqrazları üzrə dövriyyəsi 12 milyon manat, korporativ istiqrazları üzrə dövriyyəsi 2 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 75,8 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 42,4 min manat olub.
İllik müqayisədə «İnvest.Az İnvestisiya Şirkəti»nin dövlət istiqrazları dövriyyəsi 29,1% (2,7 milyon manat), repo əməliyyatları üzrə dövriyyəsi 3,1% (2,3 milyon manat) artıb.
Ay ərzində «İnvest.Az İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı 95-ə bərabər olub.