2026-cı ilin yanvar-fevral ayları üzrə “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin birja əməliyyatlarının nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin birja dövriyyəsi 1 milyard 74 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 483,9 milyon manat və ya 31,1% azalıb.
Bu dövrdə ASC-nin repo əməliyyatları üzrə dövriyyəsi 899,8 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 107,8 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 63,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi isə 3,1 milyon manat olub. Şirkət bu dövrdə səhm əməliyyatları həyata keçirməyib.
Hesabat dövründə şirkətin ən kəskin artımı ARMB qiymətli kağızları bazarında qeydə alınıb. Bu seqmentdə dövriyyə 58,6 milyon manat və ya 1207,1% (13,1 dəfə) artıb. Lakin şirkətin əsas dövriyyə alətləri olan korporativ istiqrazlar 310,2 milyon manat (-3,9 dəfə), dövlət istiqrazları 48,5 milyon manat (-16,8 dəfə), repo əməliyyatları isə 183,8 milyon manat (-17,0%) azalıb.
Hesabat dövrünün nəticələrinə görə, «Assist Finance»ın əməliyyatlarının sayı 469 ədəd (3,4 dəfə) azalaraq 193-ə bərabər olub.












