“Deutschebank”dan sonra Avropanın ən büyük ikinci bankı olan “Commerzbank”, 2024-cü ilin sonu və sonrakı dövr üçün qiymətli metallar bazarı ilə bağlı fikirlər təqdim edərək, gümüş və qızıl qiymətləri ilə bağlı proqnozlarına yeniləyib.
Ötən ay xaricə 12 milyon dollarlıq - QIZIL SATILIB
FED.az xəbər verir ki, “Commerzbank”ın proqnozuna görə gümüş qiymətləri yüksələ bilər . Qızıla gəlincə, bank 2024-cü ilin ikinci yarısında qızıl qiymətlərində azalma gözləyir.
Bank həm 2024-cü ilin sonu, həm də 2025-ci il üçün gümüş qiymətləri ilə bağlı proqnozlarını artırıb. Yenidən işlənmiş proqnoz, gümüşün unsiyasının qiymətini 2024-cü ilin sonuna qədər əvvəlki 29 dollar proqnozunu 30 dollar səviyyəsində qaldırıb.
“Commerzbank” 2025-ci ilin sonuna qədər gümüşün əvvəlki 31 dollar proqnozu ilə müqayisədə 32 dollara çatacağını gözləyir.
2024-cü ilin ikinci yarısında qızılın unsiya qiymətinin 2300 dollara düşəcəyini proqnozlaşdırır.
Hazırda beynəlxalq bazarlarda spot gümüş əvvəlki günə nisbətən 0,97% azalaraq 31,67 dollara satılır. Bu arada qızıl 0,2% itki ilə bir unsiya üçün 2415 dollara satılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.