Birja

"Ethereum" şəbəkəsindən 3,6 trilyon dollarlıq - Tranzaksiya Keçib

"Ethereum" şəbəkəsindən 3,6 trilyon dollarlıq - Tranzaksiya Keçib | FED.az
12:11 31 İyul 2021

2015-ci ilin 30 iyun tarixindən bu yana "Ethereum" şəbəkəsindən keçən tranzaksiyaların toplam həcmi 3,6 trilyon ABŞ dollarına bərabər olub.

Eləcə də bax: “Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən - 3 Dəfə Çox Olub

FED.az xəbər verir ki, təkcə son bir ildə bu göstərici 3,5 dəfə artıb.

Şəbəkədəki aktiv ünvanların orta sayı 534 minə çatıb. Bu, "Bitkoin" ekosisteminin analoji göstəricisini üstələyir.

Bu ilin mayında "Altkoin"in qiyməti 4 350 dollara çatıb ki, bu da tarixi maksimum sayılır. Məqalənin yazılma anında onun qiyməti 2 434 dollar idi. (Report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür

Banner

Digər xəbərlər

Banner