"Domino's Pizza Enterprises" səhmlərinin qiymətində əhəmiyyətli ucuzlaşma baş verib.
“Apple” səhmləri “Morgan Stanley”in tövsiyəsindən sonra rekord səviyyəyə çatıb
FED.az xəbər verir ki, Şirkətin səhmləri 2015-ci ilin fevralından bəri görünməmiş minimum səviyyəyə geriləyib. "Domino's Pizza Enterprises" səhmləri 9,6% ucuzlaşaraq 32,62 Avstraliya dollarına düşüb. Kəskin ucuzlaşma, "Domino's"un Yaponiya və Fransada zəif fəaliyyət göstərən bir neçə restoranını bağlayacağını elan etdikdən və analitiklərin qazanc proqnozlarını aşağı salmasından sonra baş verib.
Bir çox ölkədə fəaliyyət göstərən pizza şəbəkəsi, gəlirliliyini artırmaq strategiyasının bir hissəsi olaraq Yaponiyada təxminən 80, Fransada isə 10-20 restoranını bağlayacaq.
Analitiklər bunun qısa müddətdə qazanc proqnozlarına mənfi təsir göstərəcəyini bildiriblər. "Domino's Pizza"nın Yaponiyada aqressiv genişlənməsi, 2020-ci maliyyə ili ilə 2023-cü il arasında 400-dən çox yeni restoran açması, hələ gəlir də gətirməyən bir sıra restoranların yaranmasına səbəb olub. UBS analitikləri qeyd ediblər ki, Yaponiya bazarında zərər ilə işləyən bir çox restoranın gəlirliliyə çıxması üçün uzun yolu var. Fransadakı bağlanmalar isə "Domino's Pizza"nın həmin bazarda üzləşdiyi çətinliklərə işarə edir.
Domino's nikbindir. Belə ki, Şirkət restoran satışlarının 2025-ci maliyyə ilinə qədər Yaponiyada müsbətə doğru dəyişəcəyini və 2026-cı maliyyə ilində 3%-4% gəlir olacağını proqnozlaşdırır. Bununla belə, şirkət 2024-cü ildən 2026-cı ilə qədər planlaşdırılan restoran açılışlarının sayının azaldılması səbəbindən 2033-cü ilə qədər şəbəkəsini genişləndirmək üzrə əvvəlki hədəfinə nail olmayacağını etiraf edib. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.