2026-cı ilin yanvar ayında "CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 734,4 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 348 milyon manat (90,1%) artıb.
Bu dövrdə şirkətinin repo əməliyyatları üzrə dövriyyəsi 701,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 26,6 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 6 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 158 min manat, səhmlər üzrə dövriyyəsi isə 120 min manat olub.
Şirkətin dövriyyə artımının əsas rolu repo bazarı oyanıb. Bu sahədə dövriyyə 379 milyon manat və ya (2,2 dəfə) artıb.
Eyni zamanda, səhm bazarında da şirkət öz dövriyyəsini 119,2 min manat və ya 142,2 dəfə artıraraq cəmi 844 manatdan 120 min manata çatdırıb.
Bununla yanaşı, şirkət dövlət istiqrazları bazarındakı fəaliyyətini 36,9 milyon manat (-58,1% və ya 2,4 dəfə), korporativ istiqrazlar bazarındakı fəaliyyətini isə 97 min manat (-38,%) azaldıb.
Hesabat dövrünün nəticələrinə görə, «CPM-İnvest»in əməliyyatlarının sayı 88 ədəd (27,7%) azalaraq 230-a bərabər olub.











