«Assist Finance»nin dövriyyəsi 26% azalıb, şirkət korporativ istiqrazlar bazarını demək olar ki, tərk edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar ayında "Assist Finance İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 802,7 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 281,7 milyon manat (-26,) azalıb.
Bu dövrdə şirkətin repo əməliyyatları üzrə dövriyyəsi 776 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 26,2 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 460 min manat, korporativ istiqrazlar üzrə dövriyyəsi isə 54 min manat olub. Şirkət bu dövrdə səhm əməliyyatları həyata keçirməyib.
Ümumi dövriyyəsinin azalmasına baxmayaraq, repo əməliyyatlarında 36,2 milyon manatlıq (4,9%) cüzi artım qeydə alınıb. Lakin digər bütün sahələrdə kəskin enişlər yaşanıb. Ən kəskin azalma şirkətin ötən il 318 milyon manatlıq dövriyyə etdiyi korporativ istiqrazlar bazarında baş verib: bu sahədə dövriyyə 5894,7 dəfə (317,7 milyon manat) azalaraq cəmi 54 min manata düşüb. Həmçinin, dövlət istiqrazları bazarında da fəaliyyət 26,4 milyon manat (58,3 dəfə) azalıb. Ötən il 30 min manatlıq səhm əməliyyatı edən şirkət bu il bu alət üzrə əməliyyat aparmayıb.
Hesabat dövrünün nəticələrinə görə, «Assist Finance»nin əməliyyatlarının sayı 250 ədəd (2,7 dəfə) azalaraq 149-a bərabər olub.











