"CFI Financial İnvestisiya Şirkəti" QSC ilə bağlı insayder məlumat açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin əlavə emissiya etdiyi, hər birinin nominal dəyəri 1000 manat olan 1450 ədəd səhm 12 mart 2026-cı il tarixində mövcud səhmdar CFI Financial Group Holding Limited tərəfindən əldə edilib.
Nəticədə, CFI Financial Group Holding Limited şirkətin nizamnamə kapitalında ümumilikdə 5909 ədəd səhmə sahib olaraq 98,48% paya malik olub.
Qeyd edək ki, emitentin ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64, “Crescent Offices Business Center”, 22-ci mərtəbədir. Əlaqə telefonu: +994 12 599 90 99, e-poçt: [email protected].












