19 fevral 2026-cı il tarixində “CFI Financial İnvestisiya Şirkəti” QSC tərəfindən insayder məlumat açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri protalı bunu insayder əqdi barədə məlumata istinadən xəbər verir
Açıqlamada şirkətin nizamnamə kapitalında və səhmdar strukturunda baş verən dəyişikliklər barədə məlumat verilib.
Bildirilib ki, 10 sentyabr 2025-ci il tarixində İlqar Rüstəmbəyliyə məxsus, hər birinin nominal dəyəri 1000 manat olan 455 ədəd səhm şirkətin digər səhmdarı – CFI Financial Group Holding Limited tərəfindən əldə edilib. Nəticədə CFI Financial Group Holding Limited şirkətin nizamnamə kapitalında 100 faiz paya sahib olub.
Daha sonra, 12 fevral 2026-cı il tarixində Cəmiyyətin Müşahidə Şurasının üzvləri tərəfindən səhmlərin əldə edilməsi nəticəsində səhmdar strukturunda yenidən dəyişiklik baş verib. Belə ki, Karim Malas hər birinin nominal dəyəri 1000 manat olan 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib. Bu dəyişiklikdən sonra Karim Malas şirkətin nizamnamə kapitalında 0,15 faiz, Mazen Abbas isə 1,85 faiz paya malik olub.
Qeyd edək ki, emitent “CFI Financial İnvestisiya Şirkəti” QSC Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında, “Crescent Offices Business Center”in 22-ci mərtəbəsində yerləşir. Şirkətlə əlaqə üçün telefon nömrəsi +994 12 599 90 99, elektron poçt ünvanı isə [email protected]












