28 oktyabr 2024-cü il tarixində saat 10:00-da "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi 25 saylı ünvanda keçiriləcək.
Yığıncağın gündəliyində olan məsələlər aşağıdakılardır:
1. Sərbəst mənfəət hesabına səhmlərin nominal dəyəri artırılmaqla Nizamanmə kapitalının artırılması və Nizamnamə kapitalına dəyişiklik edilməsi.
2. "Cənubtikintiservis" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin və Maliyyə-təftiş komissiyasının formalaşdırılması.
Növbədənkənar ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
Əlaqə telefonu: 012-491-00-30
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.