29 iyul 2024-cü il tarixdə saat 15:00-da "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında;
2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu: +994124044441;
Ünvan: AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1.