4 iyul 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
"BOA Agency" səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq - TARİX
Bu barədə FED.az-a Birjadan bildirilib.
6 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 2 milyon 500 min manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
Faizli, təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 2500 ədəd, hər birinin nominal dəyəri 1000 manat, faiz dərəcəsi 13%, ödəmə periodu 90 gündən bir, tədavül müddəti 24 aydır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.