30 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AzFinance İnvestisiya Şirkəti" QSC -nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Eləcə də bax: “Azfinance İnvestisiya Şirkəti”nin direktoru qurumdan - PAY ALIB
FED.az xəbər verir ki, birjanın yaydığı məlumatda bildirilir ki, ticarət tarixi hərracdan 2 gün əvvəl emitent tərəfindən bildiriləcəkdir.
Diskontlu, təminatsız, sənədsiz adlı istiqrazlar hər birinin nominal dəyəri 1000 manat olmaqla 1000 ədəddir. Tədavül müddəti 3 təqvim ilidir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür