"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) "Bakı Fond Birjası" QSC-də 100 milyon ABŞ dolları dəyərində istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Azərbaycanın böyük dövlət şirkəti - İSTİQRAZ BURAXACAQ – BAŞ NAZİR TOPLANTI KEÇİRDİ
FED.az xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.