Dövlətə məxsus "Aqrarkredit" bank olmayan kredit təşkilatı (BOKT) dövlət zəmanəti ilə 700 milyon manat dəyərində istiqraz buraxıb.
İpoteka Fondu 50 milyon manat - CƏLB ETDİ
FED.az xəbər verir ki, bu barədə BOKT-dan bildirilib.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 manat olan 700 milyon ədəd istiqrazdan gedir. Qiymətli kağızlar qapalı üsulla yerləşdiriləcək və 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi və faizlərin ödənilməsi tezliyi açıqlanmır.
Yalnız o məlumdur ki, istiqrazları dövlətə məxsus "Azərbaycan Beynəlxalq Bankı" ASC alacaq. Yeri gəlmişkən, prosesin anderrayteri Bankın törəməsi - "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir.
"Aqrarkredit" əldə edəcəyi vəsaiti müxtəlif layihələrə yönəldəcək. (Report)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.