1 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 7200 gün, nominal dəyəri 1000 manat olan AZ2082008684 ISIN-li, 50 milyon manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib. Hərrac qiyməti 1000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi də 50 milyon manat olub.
İstiqrazların ödəmə tarixi 17 noyabr 2043-cü ildir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.
İstiqrazın illik faiz dərəcəsi 3,25 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.