23 fevral 2023-cü il tarixində ticarətə buraxılan Aqrar İnnovasiya və Təchizat Şirkəti ASC-nin AZ1001021828 dövlət qeydiyyat nömrəli, 100 min manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 100 min manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 100 min manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “CPM İnvestisiya Şirkəti” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür