Beynəlxalq fond bazarlarında dünən müsbət əhval-ruhiyyə müşahidə olunub.
Qızıl “dincəlməyə” keçdi - QİYMƏT UCUZLAŞDI
FED.az xəbər verir ki, əksər aparıcı şirkətlərin səhmləri bahalaşıb, xüsusilə texnologiya sektorunda artım dinamikası daha aydın hiss olunub.
Apple günün əsas qalibi olub, şirkətin səhmi 3,94% artaraq 262,24 dollara yüksəlib. Meta Platforms da 2,13%-lik artımla 732,17 dollara çatıb.
Amazon.com səhmləri 1,61%, Tesla isə 1,85% bahalaşıb. Alphabet (Google) və Microsoft da müsbət yöndə hərəkət edərək müvafiq olaraq 1,27% və 0,63% yüksəliblər.
Maliyyə sektorunda Visa səhmləri 0,74%, Berkshire Hathaway isə 0,34% artım göstərib. Səhiyyə sektorunda Johnson & Johnson cüzi, 0,26% dəyər qazanıb.
Yeganə geriləmə NVIDIA səhmlərində qeydə alınıb, şirkətin səhminin dəyəri 0,32% ucuzlaşıb.
Daha detallı aşağıdakı cədvəldə :
Sıra |
Şirkət Adı |
Səhmin Bağlanış Qiyməti ($) |
Gündəlik dəyişiklik (%) |
1 |
Apple |
262,24 |
+3,94 |
2 |
Amazon.com |
216,48 |
+1,61 |
3 |
Meta Platforms |
732,17 |
+2,13 |
4 |
Berkshire Hathaway |
494,08 |
+0,34 |
5 |
Visa |
344,41 |
+0,74 |
6 |
Johnson & Johnson |
193,72 |
+0,26 |
7 |
Microsoft |
516,79 |
+0,63 |
8 |
Alphabet (Google) |
257,02 |
+1,27 |
9 |
Tesla |
447,43 |
+1,85 |
10 |
NVIDIA |
182,64 |
-0,32 |
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.