Dünya bazarlarında həm qızıl, həm də gümüş qiymətləri enib.
Rəqəmsal qızılın qiyməti əriyir - SON QİYMƏT
FED.az xəbər verir ki, 1 unsiya qızılın qiyməti 4 320,71 dollar səviyyəsində formalaşıb ki, bu da əvvəlki günlə müqayisədə 21,64 dollar və ya 0,5% azalma deməkdir.
Son dövrlərdə qiymətlərdə ümumi yüksəliş müşahidə olunsa da, bu gün bazarda nisbətən sakitlik və kiçik azalma qeydə alınıb. Son 30 gündə qızılın dəyəri 602 dollar və ya 16,1%, son 6 ayda isə 934 dollar və ya 27,4% artıb. İl ərzində göstərici 1 596 dollar və ya 58,1% artım göstərib. Beş illik dövrdə qızılın ümumi qiymət artımı 127,8%, iyirmi illik göstərici isə 835,1% təşkil edir.
Gümüş bazarında da bu gün azalma qeydə alınıb. Hazırda 1 unsiya gümüş 51,82 dollar səviyyəsində ticarət olunur ki, bu da 0,46 dollar və ya 0,9% azalma deməkdir. Son bir ayda gümüş qiyməti 19%, son 6 ayda 25,6%, son bir ildə isə 50,7% yüksəlsə də, bugün ucuzlaşıb.
Analitiklərin proqnozuna görə, qızıl ilin son rübündə 4 400-4 500 dollar intervalında sabitləşə və hətta yeni rekord səviyyələrə yaxınlaşa bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.