Bakı Fond Birjasında "A+CO" ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
Bakı Fond Birjası "BOA Agency" ASC-nin səhmlərini şərti listinqə - DAXİL EDİB
24 iyun 2023-cü il tarixində Bakı Fond Birjasında A+CO ASC-nin AZ1001024251 dövlət qeydiyyat nömrəli 190 000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb
FED.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 190 000 manat, səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi də 190 000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İ.Ş” ASC-dir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.