2026-cı ilin yanvar ayında "ABB İnvest İnvestisiya Şirkəti" QSC-nin birja dövriyyəsi 4 milyard 773 milyon manat təşkil edib. FED.az bzines və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövründə şirkətin dövriyyəsi 6 milyard 647 milyon manat olub.
Bu dövrdə QSC-nin repo əməliyyatları üzrə dövriyyəsi 4 milyard 334 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 400,5 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 24,8 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 13 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 762 min manat olub.
Hesabat dövründə şirkətin dövriyyəsinin azalmasına baxmayaraq, bəzi seqmentlərdə kəskin artımlar qeydə alınıb. Belə ki, dövlət istiqrazları bazarında şirkətin dövriyyəsi 398,2 milyon manat və ya 182 dəfə artıb. Həmçinin, korporativ istiqrazlar üzrə dövriyyədə 11,1 milyon manatlıq (6,9 dəfə) artım müşahidə edilib.
Hesabat dövrünün nəticələrinə görə, «ABB İnvest»in əməliyyatlarının sayı 1,205-ə bərabər olub.











