2026-cı ilin yanvar ayında "Unicapital İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 298,2 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin dövriyyəsi 16,1 milyon manat (5,7%) artıb.
Bu dövrdə investisiya şirkətinin repo əməliyyatları üzrə dövriyyəsi 285,7 milyon manat, ARMB qiymətli kağızları üzrə dövriyyəsi 9,3 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyəsi 2,9 milyon manat, səhmlər üzrə dövriyyəsi isə 161 min manat olub. Şirkət bu dövrdə dövlət istiqrazları ilə əməliyyat aparmayıb.
Şirkətin ümumi dövriyyə artımının əsas səbəbi repo bazarı olub. Belə ki, repo əməliyyatlarının həcmi 179,6 milyon manat və ya 2,7 dəfə artıb.
Həmçinin, səhm əməliyyatlarında da 47 min manatlıq (41,6%) artım qeydə alınıb.
Hesabat dövrünün nəticələrinə görə, «Unicapital»ın əməliyyatlarının sayı 306-a bərabər olub.











