"Galaxy Digital"ın qurucusu Michael Novogratz daha çox şirkətin müştərilərinə Bitcoin ilə ödəniş imkanı təmin etməsi halında 2021-ci ilin sonunda Bitcoin-in qiymətinin 100 min dollar olacağını nəzərdə tutur.
FED.az xəbər verir ki, Novogratz Bloomberg-ə verdiyi müsahibəsində, "Amerikadakı hər şirkətin eyni şeyi edəcəyini görəcəksiniz",- deyib.
Eləcə də bax: "JPMorgan": "Bitcoin"in hazırkı dəyəri dayanıqlı deyil
Qeyd edək ki, bu gün Bitcoin-in qiyməti 51 min dolları da keçib.
Qlobal investisiya bankı JP Morgan isə uzun müddətdə Bitcoin-in qiymətinin 146 min dollara çata biləcəyini gözləyir. Banka görə bunun üçün Bitcoin qiymətlərindəki oynaqlıq azalmalıdır, əks təqdirdə bu ankı "ralli" davam etməyəcək. JP Morgan, Bitcoinin bazar dəyərinin son 5 ayda 700 milyard dollar artdığını, lakin bunun yalnız 11 milyard dollarlıq hissəsinin korporativ sərmayəçilərdən gəldiyini vurğulayıb. (Marja)