"Bitcoin"in qiymətinin volatilliyinin azalmasa kriptovalyutanın hazırkı rekord sayılan 51 min ABŞ dolları səviyyəsində olan dəyəri dayanıqlı olmayacaq.
Eləcə də bax: Bitkoinin qiyməti 50 min dolları - Keçdi
FED.az xəbər verir ki, bu barədə "JPMorgan Chase & Co" investisiya bankının analitikləri bildirib.
Analitiklər hesab edir ki, son üç ayda "Bitcoin"in dəyərinin volatilliyi 87% təşkil etdiyi halda, qızılın dəyəri cəmi 16% dəyişib və bu, dünyanın ən populyar kriptovalyutasını riskli aktivə çevirir.
"JPMorgan"ın mütəxəssisləri bildirir ki, "Bitcoin"in kapitallaşması təkcə ötən ilin sentyabr ayında 200 mlrd. dollardan 900 mlrd. dollara artıb və hazırda 950 mlrd. dollardan da çoxdur. Bundan əlavə, analitiklərin fikrincə, sözügedən kriptovalyutanın məhdud tədarükü yeni "Bitcoin"lərin bazara çıxması üçün üzərinə əlavə dəyərin qoyulmasına gətirib çıxardıb.
Qeyd edək ki, "Binance"a görə, hazırda "Bitcoin" 51 500-51 700 dollar aralığında ticarət olunur və bazar kapitallaşması 956,665 mlrd. dollar təşkil edir. (Apa)