Qızıl bazarında son günlərdə stabillik müşahidə olunsa da, uzunmüddətli perspektivdə qiymətlərdə əhəmiyyətli artım qeydə alınıb.
Bitcoin $109 min həddini keçdi - ARTIM DAVAM EDİR
FED.az xəbər verir ki, hazırda qızılın bir unsiyasının qiyməti 3,352.68 ABŞ dolları səviyyəsindədir. Son sutka ərzində qiymət +4.05 dollar və ya +0.12% yüksəlib.
Qısa müddətli dəyişikliklər nisbətən zəif olsa da, 6 aylıq və illik göstəricilər qızılın sərmayə baxımından cəlbediciliyini təsdiqləyir. Belə ki, son 30 gündə qızılın qiymətində -0.78% azalma qeydə alınsa da, bu, daha uzun dövrü əhatə edən yüksəliş trendini dəyişmir. 6 ay ərzində qiymət 710.39 dollar artaraq 26.93% yüksəlib, 1 ildə isə artım +992.09 dollar və ya +42.10% təşkil edib.
Daha geniş dövrə baxıldıqda isə qızılın bazar qiymətindəki davamlı artım özünü daha aydın göstərir. Son 5 ildə qızıl 1,562.51 dollar və ya 87.48% bahalaşıb. 20 illik perspektivdə isə qiymət 2,921.53 dollar artaraq 684.04% yüksəlib. Bu, qızılın uzunmüddətli dəyərsaxlama funksiyasını bir daha təsdiqləyir.
Eyni dövrdə gümüşün qiyməti də cüzi artım nümayiş etdirib. Bir unsiya üçün 36.51 dollar müəyyənləşən qiymət, son 24 saatda 0.06% artaraq +0.02 dollar yüksəlib.
Mütəxəssislərin fikrincə, mərkəzi bankların faiz siyasəti, inflyasiya göstəriciləri və geosiyasi gərginliklər fonunda qızılın qiymətindəki yüksəliş tendensiyası yaxın gələcəkdə də davam edə bilər. Qlobal qeyri-müəyyənliklər şəraitində qızıl, həm investorlar, həm də dövlətlər üçün etibarlı aktiv olaraq qalmaqdadır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.