Bitcoin qiymətində son günlər müşahidə edilən artım tendensiyası davam edir.
Avro 2021-ci ilin sentyabr ayından bəri ən yüksək səviyyədə - İNVESTAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, hazırda BTC-nin qiyməti 109 138.42 dollardır.
Qeyd edək ki, Bitcoin son 24 saat ərzində 2.63 faiz, son 1 saatda isə 0.30 faiz artım nümayiş etdirib. Bu göstəricilərlə yanaşı həftəlik artım 1.21 faiz olaraq qeydə alınıb ki bu da bazarın mövcud həyəcanla deyil daha çox sabit və planlı şəkildə reaksiya verdiyini göstərir.
Bütün bu göstəricilər fonunda Bitcoinin bazar kapitallaşması 217 0411 984 780 dollar həcmindədir. Bu rəqəm kriptovalyuta bazarının ümumi strukturunda Bitcoinin çəkisini qoruyub saxladığını və digərlərinə nisbətən daha dayanıqlı mövqe tutduğunu sübut edir. 24 saat ərzində bazarda 54 766 033 983 dollar dəyərində əməliyyat aparılıb. Həcm baxımından bu 50 3040 BTC-yə bərabərdir.
Dövriyyədə olan Bitcoin miqdarı 19.88 milyon BTC-dir və bu da maksimum təklif olan 21 milyon BTC-yə çox yaxın bir vəziyyət yaratmış olur. Bu yaxınlaşma qiymət artımının arxasında duran əsas fundamental səbəblərdən biri kimi qiymətləndirilə bilər.
Bütün bunlarla yanaşı BTC bu ilin əvvəlindən bəri 16.86 faiz artım nümayiş etdirib. Bu göstərici kriptobazarın digər əsas oyunçuları ilə müqayisədə üstün mövqe deməkdir. Məsələn Ethereum-un ilin əvvəlindən bəri 22.60 faiz dəyər itirməsi, Bitcoinin isə əksinə bu qədər stabil artım göstərməsi onun “kripto limanı” statusunu bir daha təsdiqləyir.
Texniki müstəvidə baxdıqda Bitcoinin yaxın müqavimət səviyyəsi 110 000 dollar civarındadır. Bu baryerin də aşılması yeni hədəflər kimi göstərilə bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.