Qlobal bazarda qızılın 1 unsiyasının qiyməti 2,3% artaraq 1 588,1 ABŞ dolları təşkil edib ki, bu da 2013-cü ilin aprelin ayından bəri rekord göstərici sayılır.
FED.az bildirir ki, "Bloomberg"ə istinadən verilən məlumata görə, qiymət artımının səbəbi kimi Yaxın Şərqdə yaşanan gərginliyin artması göstərilir.
Eləcə də bax: ABŞ-İran gərginliyi qızılın qiymətini sürətlə bahalaşdırır
Qeyd edək ki, gümüşün də 1 unsiyasının qiyməti ötən ilin sentyabrından öz maksimal qiymət səviyyəsini yeniləyərək 18,5 dollara çatıb.
Apa