Qızılın qiyməti, ABŞ-da iki siyasi tərəfin borc tavanının artırılması şərtlərini razılaşdırdıqdan sonra martın ortalarından bəri ən aşağı səviyyəyə yaxınlaşıb.
Çünki investorlar ABŞ-ın borc tavanı razılaşmasının qəbul edilməsi ehtimalını və onun dövlət xərclərinə təsirini qiymətləndirirlər.
Qızıl ucuzlaşması tendensiyası yenidən bəpa oluna bilər - İnvestAZ TƏQDİM EDİR
FED.az xəbər verir ki, qızılın unsiyasının qiyməti 1939 dollaradək düşüb (Bakı vaxtı ilə saat 08:00-a olan məlumat).
ABŞ prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti çərşənbə günü səsverməyə çıxarılacaq layihənin Konqresdən keçəcəyinə əminliklərini ifadə ediblər. Bu xəbər ABŞ-ın defoltundan qaynaqlanan geniş iqtisadi pisləşmə ilə bağlı bəzi qorxuları azaltmağa kömək edib və riskə əsaslanan aktivlərə tələbi artırıb. Bu da öz növbəsində, iqtisadi çətinliklər zamanı adətən təhlükəsiz "sığınacaq" kimi işləyən qızıla mənfi təsir edir.
Layihənin qəbul edilməsi tənəzzül riskini azalda və ABŞ-ın iqtisadi artımını dəstəkləyə bilər. Qeyri-müəyyənlik azaldığı üçün qızıla da tələb azalır.
Digər tərəfdən, altı həftənin ən yüksək səviyyəsində olan dollar, qızıl üçün daha bir mənfi faktordur, çünki bahalaşan dollar qiymətli metalı alıcılar üçün də bahalaşdırır. Bazarlarda iyun ayında FED-in faizlərini daha 0,25 faiz bəndi artıracağına dair inam artır. Bu da dolları dəstəkləyir.
Mayın əvvəlində qızılın unsiyasının qiyməti 2062 dolları keçmişdi. Ötən dövrdə qızıl təxminən 6% ucuzlaşıb.(Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.