Amerikanın borc limiti ilə bağlı müzakirələrin dalana dirənməsi fonunda ötən həftəni 103.50 bənd səviyyəsindəki psixoloji müqavimət həddinin altında başa vuran dollar indeksində tendensiyanın gedişinə bu həftədə ABŞ-da açıqlanacaq ÜDM-in həcmi və "FOMC"-un son toplantısının dərc olunacaq protokolları kimi faktorlar da ciddi təsir edə bilər. Qeyd edək ki, cari həftə ərzində borc limiti məsələsi öz müsbət həllini tapmasa, ABŞ-ın defolt elan edilməsi qaçınılmaz ola bilər.
Bu gün gün ərzində Almaniya, Avrozona, İngiltərə və Amerikada açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, Amerikada daşınmaz əmlak bazarına dair statistik rəqəmlər və İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin açıqlamaları investorların diqqət mərkəzində olacaq.
Ötən həftə Amerikada günü-gündən artan defolt qorxuları fonunda nəğd dollara tələbin artması səbəbilə qızılın bir unsiya üzrə qiyməti 1951$-a kimi ucuzlaşıb. Cümə günü sə bu həddən dəstək alaraq 1980$-a kimi bahalaşıb. Lakin təhlillərə əsasən qiymətli metalın bir unsiya üzrə dəyəri 2000$ səviyyəsinin altında qaldığı müddətdə, eniş tendensiyası yenidən bəpa oluna bilər. Hazırda 1960$-dan təklif olunan qızılın qiyməti 1951$-ın altına düşsə, eniş tendensiyası 1935$ və 1914$-a kimi davam edə bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.