Son günlərdə qızılın qiyməti beynəlxalq bazarlarda artım və enişlərlə müşahidə olunur.
Bitcoin 122 min dollara yaxınlaşır - SON QİYMƏT
FED.az xəbər verir ki, bu gün bir unsiya qızılın qiyməti 3 976,31 ABŞ dolları təşkil edib. Bu, gün ərzində +15,76 dollar və ya 0,4% artım deməkdir. Qızıl ötən günlərdə 4 000 dollar səviyyəsini keçsə də, hazırda bir qədər geri çəkilərək sabitləşib.
Analitiklər bildirirlər ki, qiymətin 4 000 dollar həddini aşması qlobal iqtisadi qeyri-sabitlik, yüksək inflyasiya gözləntiləri və mərkəzi bankların ehtiyat siyasətləri ilə bağlı olub.
Son 1 ayda qızılın dəyəri 8,9%, son 6 ayda isə 22,3% artıb. İl ərzində qiymət artımı təxminən 49%, son 5 ildə isə 105% təşkil edib. Bu isə qızılın hələ də investorlar üçün “təhlükəsiz liman” statusunu qoruduğunu göstərir.
Ekspertlər hesab edirlər ki, yaxın günlərdə qızıl 3 950–4 000 dollar intervalında dəyişəcək. ABŞ-da faiz qərarları, dolların mövqeyi və geosiyasi gərginliklər qiymətə əsas təsir edən amillər kimi qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.