Bitcoin-in qiyməti 122 min dollara yaxınlaşır.
PAŞA Kapital-dan yeni başlayan investorlar üçün onlayn və ödənişsiz vebinar
FED.az xəbər verir ki, hal-hazırda kriptovalyutanın qiyməti 121 600,52 dollar səviyyəsində qərarlaşıb. Son 24 saat ərzində 0,85%, son 7 gündə isə 0,88% artım qeydə alınıb. Qısamüddətli dalğalanmalara baxmayaraq, aparıcı kriptovalyuta ilin əvvəlindən bəri 29,66% yüksəlib.
Hazırda Bitcoin-in bazar dəyəri 2,41 trilyon dollar həcmindədir. Son sutka ərzində 74,4 milyard dollar həcmində Bitcoin alqı-satqısı baş tutub.
Hazırda 19,93 milyon BTC dövriyyədədir və bu, ümumi 21 milyonluq təchizat limitinə çox yaxındır. Yəni yeni Bitcoin-lərin hasilatı getdikcə azalır, bu da uzunmüddətli dövrdə qiymət artımını dəstəkləyən əsas amillərdən biri hesab olunur.
Analitiklər bildirirlər ki, Bitcoin yaxın həftələrdə 125–130 min dollar aralığına qədər arta bilər.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.