Bazar ertəsi səhər qızılın qiyməti bir qədər də azalaraq 1 unsiya üçün təxminən 1810 dollar təşkil edib.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
FED.az xəbər verir ki, qiymətli metal ABŞ Federal Ehtiyat Sisteminin (FED. ABŞ Mərkəzi bankı) daha sərt siyasəti ətrafında gözləntilər fonunda keçən həftə dəyərinin 1,3%-dən çox ucuzlaşıb.
Bakı vaxtı ilə saat 11:44-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 unsiya (31,1 qram) üçün 3 dollar və ya 0,2% azalaraq 1810,12 dollar olub. Son bir həftə ərzində qızıl 1840 dollardan 1,3% ucuzlaşıb. Gümüşün may fyuçersləri 1,25% ucuzlaşaraq bir unsiya üçün 20,675 dollar olub.
Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1780 - 1800 dollaradək ucuzlaşa bilər.
Qızıl üçün əsas amillərdən biri FED-in əsas faiz siyasəti olaraq qalır. Ümumiyyətlə, ilin əvvəlindən ABŞ-dan gələn güclü makroməlumatlar tənzimləyicinin daha uzun müddət ərzində faiz dərəcələrini yüksək saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
CME Group-un məlumatına görə, analitiklərin 72,3%-i mart ayında FED-in uçot dərəcəsini yenidən 0,25 faiz bəndi artıraraq illik 4,75-5%-ə qədər artıracağını gözləyir. Eyni zamanda, analitiklərin 27,7%-i faizlərin 0,50 bənd artırılacağın ehtimal edir.
Qızıl ABŞ-ın makro statistik göstəricilərinə və FED-in siqnallarına həssasdır. Makro göstəricilər və FED-in qərarları dollarda əks olunur və bu da öz növbəsində qızılın qiymətinə təsir göstərir. Fed-in faizləri artırması ənənəvi olaraq dolların bahalşamasına səbəb olur və bu, qızılı başqa valyutada alarkən daha az əlçatan edir və əksinə. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür