Bank of America (BofA) analitikləri 2026-cı il üçün qızılın qiyməti ilə bağlı proqnozlarını bir unsiya (31 qram) üçün 5000 dollara qaldırıblar.
Qızılın parıltısı bir qədər soldu: Rekordlardan sonra ilk eniş
FED.az xəbər verir ki, proqnozlara görə, qiymətli metalın qiyməti orta hesabla 4400 dollar civarında olacaq. Nəşr qeyd edir ki, BofA gələn il qızıl hədəfini 5000 dollara yüksəldən ilk bank olub.
Bankın ekspertləri qızıl qiymətlərində qısamüddətli korreksiya riskini görsələr də, gələn il bahalaşmanın davam edəcəyini gözləyirlər. Onların fikrincə, investor tələbi 14% arta bilər və qiymətli metalın qiymətini 2026-cı ilin sonuna kimi 5000 dollara çatdıra bilər.
Digər investisiya şirkətləri də qızıl proqnozlarını artırıblar. "Goldman Sachs" oktyabr ayında qiymətli metalın qiymət hədəfini 2026-cı ilin sonuna qədər unsiya üçün 4900 dollara, "Commerzbank" isə qiymət hədəfini 4200 dollara dəyişib.
Sentyabr ayında "Deutsche Bank" ekspertləri gələn ilin dördüncü rübünə qədər hədəf qiyməti 4300 dollar səviyyəsində müəyyən ediblər.
Xatırladaq ki, ötən həftənin sonunda qızılın qiyməti bir unsiya üçün 4350 dolları ötüb . Sonradan qiymətlər yenidən azalara 4200 dollara enib.