Hazırda qızılın qiyməti bir unsiya üçün 4 249,94 dollar təşkil edir.
Bitcoin ucuzlaşma dalğasından çıxa bilmir - SON QİYMƏT
FED.az xəbər verir ki, bu da gün ərzində 0,94% və ya 40,20 dollar azalma deməkdir. Hazırkı məzənnə ilə hesablasaq, 1 qram qızılın qiyməti təxminən 233 manat civarındadır.
Son 24 saatda ucuzlaşma müşahidə olunsa da, ümumi illik göstəricilər qızılın güclü artım trendini qoruduğunu göstərir. Belə ki, son 1 il ərzində qızılın qiyməti 58% artaraq investorlar üçün rekord gəlir səviyyəsinə çatıb.
30 gün ərzində qiymət 17,7%, 6 ayda 29,4%, 5 ildə isə 125% yüksəlib. Uzunmüddətli perspektivdə, son 20 il ərzində qızıl 800%-dən çox bahalaşaraq ən etibarlı investisiya alətlərindən biri statusunu möhkəmləndirib.
Gündəlik ucuzlaşmaya baxmayaraq, analitiklər qeyd edirlər ki, qızılın illik artım tempi rekord səviyyədə qalır və bu, bazarlarda inflyasiya və qeyri-sabitlik şəraitində sərmayə üçün güclü seçim sayılır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.