Bu gün qlobal bazarlarda qızılın bir unsiyasının qiyməti 4 061,59 dollar səviyyəsində qərarlaşıb.
"Regional" BOKT-ın 16% gəlir təklif edən istiqrazlarını 54 investor əldə etdi
FED.az xəbər verir ki, gündəlik müqayisədə qiymət 51,89 dollar və ya 1,26% azalıb. Bu, son günlərdə müşahidə edilən cüzi eniş tendensiyasının davamı kimi qiymətləndirilir.
Hazırda 1 unsiya (təxminən 31,1 qram) üçün qiymət 4 061,59 dollar olduğuna görə, 1 qram qızılın dəyəri təxminən 130,6 dollar və ya təxminən 222 manat civarındadır.
Lakin ümumi mənzərə o qədər də mənfi deyil. Son 30 gündə qızıl 7,5%, son 6 ayda isə 23,3% bahalaşıb. İllik müqayisədə isə artım 49,97%, yəni təxminən 1 370 dollar təşkil edib. Daha uzunmüddətli dövrdə isə artım daha yüksəkdir, belə ki, son 5 ildə qiymət 119%, 20 ildə isə 771% artıb. Bu da onu göstərir ki, qızıl uzunmüddətli perspektivdə hələ də ən stabil və gəlirli investisiya alətlərindən biri olaraq qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.













