Kriptovalyuta bazarında bu gün də Bitcoin (BTC) qiymətində azalma tendensiyası davam edir.
"Regional" BOKT-un istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - TARİX
FED.az xəbər verir ki, hal-hazırda 1 BTC-nin dəyəri 106 676,52 dollar təşkil edir. Kriptovalyutanın qiyməti son 24 saatda 1,97%, son 7 gündə isə 4,95% azalıb.
Buna baxmayaraq, Bitcoin-in illik göstəricisi müsbətdir və ilin əvvəlindən bu yana qiymət 14,22% bahalaşıb.
Qeyd edək ki, Bitcoin-in ümumi bazar dəyəri hazırda 2,12 trilyon dollardır. Qiymət ucuzlaşdıqca Bitcoin-in ticarət həcmi artır belə ki, son 24 saatda 99 milyard dollarlıq Bitcoin alınıb-satılıb. Bütün dünyada dövriyyədə 19,93 milyon ədəd Bitcoin var.
Bazar analitikləri qiymətin 105 min dollar səviyyəsində möhkəmlənməsini kritik nöqtə kimi dəyərləndirir və bunun qırılması halında daha dərin enişlərin baş verə biləcəyini proqnozlaşdırırlar.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.