Dünya birjalarında qızılın qiyməti yenidən artıb.
FED dollar üzrə faiz dərəcələrini yenə endirdi – Powell-dən açıqlamalar
FED.az xəbər verir ki, ABŞ Federal Rezerv Sisteminin (FED) faiz dərəcələrini azaltmaq qərarından hələ əvvəl, investorların bu qərarı gözlədiyi bir vaxtda qızıl bahalaşıb.
Son məlumatlara görə, qızılın qiyməti təqribən 2% artıb.
Belə ki, qızılın spot qiyməti dünən oktyabrın 6-dan bəri ən aşağı səviyyəyə endikdən sonra səhər saatlarında yenidən 1,9 faiz artaraq bir unsiya üçün 4028 dollar olub. ABŞ-ın dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti isə 1,5 faiz artaraq 4 041 dollar/unsiyanı ötüb.













