Dünyanın ən böyük kriptovalyutası olan Bitcoin bu gün 108 805,13 dollar səviyyəsində ticarət olunur.
Qızılın qiymətləri çökdü – SÜRƏTLİ UCUZLAŞMA, YENİ QİYMƏT
FED.az xəbər verir ki, qiymət son bir sutka ərzində 0,52%, son bir həftə ərzində isə 2,11% ucuzlaşıb. Bu ucuzlaşmalara baxmayaraq ilin əvvəlindən bu yana Bitcoin 16,5% bahalaşıb.
Hazırda Bitcoin-in bazar dəyəri 2,17 trilyon dollar səviyyəsindədir. Son 24 saat ərzində nə az, nə çox 80,3 milyard dollarhəcmində Bitcoin alınıb və satılıb. Dövriyyədəki Bitcoin sayı isə 19,93 milyon ədəd olaraq qalır.
Ekspertlərin fikrincə, Bitcoin-in yaxın günlərdə 110 min dollarlıq həddi yenidən sınaqdan keçirəcəyi istisna edilmir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.