Alman-Azərbaycan Ticarət Palatasında (AHK Azərbaycan) maliyyə xidmətləri və kənd təsərrüfatı və qida sənayesi üzrə işçi qruplarının birgə iclası keçirilib.
FED.az xəbər verir ki, Ticarət Palatasının məlumatına görə, iclas iştirakçıları qiymətli kağızlar bazarı vasitəsilə kapitalın artırılmasını müzakirə ediblər.
Bakı Fond Birjasının (BFB) listinq departamentinin rəhbəri Anjela Ramazanova fond bazarının dərinləşdirilməsi, daha geniş investor bazasının yaradılması və bazar likvidliyinin artırılması istiqamətində görülən tədbirlərdən danışıb. Bu addımların kapital bazarı ekosisteminin dinamik inkişafına töhfə verdiyi bildirilib.
O, BFB-nin listinqindən danışaraq qeyd edib ki, bu, emitentlərə maliyyələşmə imkanı verir və onları borc yükündən azad edir. İnvestorlar üçün isə bu, xüsusilə yüksək gəlir əldə etmək imkanıdır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.