Arabica qəhvəsinin birja qiyməti 2011-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.ICE Futures birjasında Arabica qəhvə fyuçersi 3,3% də bahalaşaraq funtu 2,68 dollara (kq üçün 5,9 dollar) çatıb.
İstehsalın artmasına baxmayaraq, kakaonun qiyməti düşməyəcək
FED.az xəbər verir ki, qəhvə qiymətləri bu il təxminən 40% artıb, çünki daha ucuz Robusta qəhvə çeşidinin çatışmazlığı Arabica çeşidinə tələbatı artırır.
Robusta qəhvəsinin noyabr fyuçerslərinin qiyməti 4,02% bahalaşaraq bir ton üçün 5479 dollar olub.
Bloomberg yazır ki, qəhvə fyuçersləri tədarük çatışmazlığı qorxusu ilə çoxillik ən yüksək səviyyəyə qalxıb. Bazar iştirakçıları, isti və quraqlığın qəhvə plantasiyalarını məhv etdiyi üçün dünyanın ən böyük təchizatçılarından biri olan Braziliyada qəhvə istehsalının azalmasından ehtiyat edirlər.
Analitiklər deyir ki, gələn mövsüm Arabica məhsulu təhlükə altındadır. Arabica yetişdirilən ərazilərdə yağıntılar aprel ayından quraqlıq mövsümünün başlamasından bəri davamlı olaraq normadan aşağı olub. Problem, qəhvə sənayesinin bir neçə ölkədə liman tıxacından, qlobal konteyner çatışmazlığından, Qırmızı dəniz bölgəsindəki fasilələrdən və Vyetnamda məyusedici məhsuldarlıqdan əziyyət çəkdiyi bir vaxta təsadüf edir.
Braziliyada son onilliklərin ən pis quraqlığı hökm sürür və bu, qəhvə məhsuluna daha çox ziyan vurmaq təhlükəsi yaradır. Təbii Fəlakətlərin Monitorinqi və Erkən Xəbərdarlığı üzrə Milli Mərkəzin (CEMADEN) məlumatına görə, may-avqust aylarında ölkənin bəzi əsas kənd təsərrüfatı sahələrində 1981-ci ildən bəri ən quraq hava müşahidə olunub. Bu, qəhvə tarixindəki ən pis quraqlıqlardan biridir. (Marja)
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.