Kakao qiymətlərinin bu il kəskin ucuzlaşacağı ehtimalı gözlənilmir.
Kakao paxlasının qiymətləri son aylarda ən aşağı səviyyəyə düşüb - SON QİYMƏT
FED.az xəbər verir ki, yaz aylarında bir ton üçün rekord həddə – 12 min dollara yüksələn ehtimalı yoxdur. Bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilir ki, hava şəraiti daha əlverişli olacaq ki, bu da dünya üzrə kakao paxlasının istehsalının təxminən 10% artmasına gətirib çıxaracaq.
Qanadakı kakao fermerləri ağac plantasiyalarını yeniləmək üçün Dünya Bankından 100 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi alıblar. Qana Kakao Şurasının baş direktoru Cozef İdunun sözlərinə görə, bu vəsait 20 ildən artıqdır ki, dayanan ağacların kəsilməsi və yenilərinin əkilməsi üçün istifadə olunacaq və bu, növbəti 4 il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, 2023-2024-cü kənd təsərrüfatı ilində qlobal kakao paxlası istehsalının əvvəlki illə müqayisədə 11% azalaraq 4,45 milyon tona düşəcəyi gözlənilir. Dünya bazarlarında kakao paxlasının qıtlığı onların qiymətlərinin sürətlə artmasına səbəb olub və bu artımın pik nöqtəsi aprelin ikinci yarısına təsadüf edib. Həmin vaxt bir ton kakao paxlasının birja qiyməti 12 min dollara yaxınlaşsa da, tələbatın azalması səbəbindən qiymətlər ucuzlaşmağa başlayıb.
İyulun 5-də dünya əmtəə birjalarında bir ton kakao 7800 dollara satılır. İsveçrənin “Nestle” şirkəti artıq qiymətlərin artması səbəbindən dünya şokolad istehlakını azaltmaq prosesində olduğunu açıqlayıb.