Qazaxıstanda davam edən etirazlar fonunda qlobal ticarət platformalarında uranın qiyməti təxminən 8% artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə dünya bazarlarında uran qiymətlərini izləyən ixtisaslaşmış "UxC" platformasında bildirilir.
"UxC" bildirir ki, uranın 1 funtunun qiyməti 45,25 ABŞ dollarına çatıb, bu da günlük müqayisədə 8% çoxdur.
Eləcə də bax: Qazaxıstanın səhmləri və qiymətli kağızları - KƏSKİN UCUZLAŞDI
Bundan əlavə, təbii uranın hasilatı ilə məşğul olan Qazaxıstanın "Kazatomprom" şirkətinin səhmləri London birjasında 8,8% ucuzlaşıb.
Qeyd edək ki, qlobal uran istehsalının təxminən 40%-i Qazaxıstanın payına düşür.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.