Qazaxıstanda baş verən etirazlara görə ölkə şirkətlərinin və banklarının qiymətli kağızları kəskin – təqribən 20% ucuzlaşıb.
Yanvarın 5-də London birjasında Qazaxıstanın «Kaspi Bank» və «Halyk Bank»larının səhmləri müvafiq olaraq 25,1% və 17,7% ucuzlaşıb.
Yanvarın 5-də axşam, «Kaspi Bank»ın səhmləri $88,3 olub ki, bu da bir gün əvvəlki ilə müqayisədə $28,2 aşağıdır. «Halyk Bank»ın səhmləri isə 3 dollar azalaraq $13,8 dollar təşkil edib.
Bundan başqa, Qazaxıstanın təbii uran hasilatı ilə məşğul olan "Kazatomprom" şirkətinin səhmləri 8,8% azalıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.