Bazar ertəsi “Porsche”nin səhmləri avtomobil istehsalçısının elektrik avtomobil istehsalını azaltması və zəif tələbin səbəb olduğu bahalı strategiya dəyişikliyi çərçivəsində proqnozu aşağı salmasından sonra 7,5 faiz ucuzlaşıb.
"Tesla" səhmdarlarından Elon Maska - 1 TRİLYON DOLLARLIQ TƏKLİF
FED.az xəbər verir ki, “Porsche” şirkəti cümə günü bəzi tam elektromobil modellərinin satışa çıxarılmasını təxirə salacağını elan edib, onun əsas bazarı olan Çində təzyiqlər və ABŞ-da tariflərin yüksəlməsi səbəbindən ikinci rübdə mənfəəti aşağı düşmüş şirkət üçün növbəti problem əlamətidir.
Şirkət bildirib ki, strategiya dəyişikliyi bu il əməliyyat mənfəətinə 1,8 milyard avroya qədər təsir edəcək. “Porsche” indi gözləyir ki, 2025-ci ildə rentabelliyi 2 faizdən çox olmayacaq, bu da əvvəllər proqnozlaşdırılan 5-7 faiz diapazonundan aşağıdır.
Bəzi analitiklər, elektromobillərə tələbatın zəif olması şəraitində “Porsche”yə daxiliyanma mühərriklərinin ömrünün uzadılması zərurəti ilə əlaqədar təzyiqi nəzərə alaraq proqnozun azaldılmasını labüd hesab ediblər.
Avropanın ən böyük avtomobil istehsalçısı olan “Volkswagen” bildirib ki, 75,4 faiz paya sahib olduğu törəmə şirkətinin yenidən təşkili səbəbindən 5,1 milyard avro itirəcək.
“Volkswagen” mənfəət marjası proqnozunu 4-5 faizdən 2-3 faizə endirib, “Porsche” də verginin ödənilməsindən sonra mənfəət proqnozunu aşağı salıb.
“Jefferies” analitikləri bildiriblər ki, “Porsche” proqnozlarına yenidən baxılması bu il üçüncüdür və sonuncu ola bilər. (Azərtac)