“PayPal” ödəmə sistemi özündə kriptovalyuta cüzdanını ehtiva edəcək yeni maliyyə tətbiqini işə salmağı planlaşdırır.
Eləcə də bax: “Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən - 3 Dəfə Çox Olub
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İlkin mərhələdə ondan yalnız ABŞ sakinləri istifadə edə biləcək. Layihənin digər bazarlara genişləndirilməsi planları haqqında hələ məlumat yoxdur. Xatırladaq ki, hal-hazırda “PayPal”ın ABŞ-dakı müştəriləri ayda 100 min dollara qədər kriptovalyuta ala bilərlər.
“PayPal”ın baş direktoru Den Şulmanın sözlərinə görə, yenilik yaxın aylarda təqdim ediləcək. Öz maliyyə tətbiqini inkişaf etdirmək planını şirkət hələ fevral ayında açıqlayıb. Kriptovalyuta saxlanılması və mübadiləsi ilə yanaşı, tətbiq yüksək gəlirli əmanət hesabları, investisiya xidmətləri və digər müxtəlif alətləri dəstəkləyəcək.
Ödəmə sisteminin Amerikadakı istifadəçiləri artıq 2021-ci ilin mart ayından kriptovalyutadan istifadə edə bilirlər. Bu halda rəqəmsal sikkələr ödəniş prosesi zamanı fiat pula çevrilir. May ayından “PayPal” kriptovalyutanı xarici cüzdanlara köçürməyə icazə verib.
İyun ayında şirkət bəzi ABŞ müştəriləri üçün həftəlik kriptovalyuta alışı limitini qaldırıb. Əvvəllər istifadəçilər həftədə maksimum 20 min dollar dəyərində kriptovalyuta ala bilərdilər, indi isə bu məbləğ 100 min dollara qədər artırılıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür