«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 2 dəfə artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin yanvar ayın şirkətin birja dövriyyəsi 2 milyard 604,9 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 2,3 dəfə artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 156,2 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 36,6 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 54,9 milyon manat, repo əməliyyatları üzrə dövriyyəsi 2 milyard 57,2 milyon manat təşkil edin, səhm əməliyyatları ilə dövriyə olmayıb.
Cari ildə«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövlət istiqrazları üzrə əməliyyatları 52,5%, repo əməliyyatları 3,7 dəfə artıb.
Bu il «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,6 dəfə artaraq 241-dən 635-ə yüksəlib.